Xəbərlər

Cənab Prezident İlham Əliyev Həştərxanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verdi ki, ulu öndər Heydər Əliyevin adını daşıyan park şəhər sakinləri və qonaqlar üçün ən sevimli məkandır. Burada insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılıb.