Xəbərlər

YAP Gəncə şəhər təşkilatında Ulu Öndər Heydər Əliyevin büstünün açılışı olub

10 May 2023-cü il tarixində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının inzibati binasında Ulu Öndərin büstünün təntənəli açılışı olub.
Büstün açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının kollektivi, ərazi partiya təşkilatlarının sədrləri, müharibə iştirakçıları və ziyalılar iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, müstəqil və qalib Azərbaycanın məğrur vətəndaşları, Ümummilli Lider, fenomenal şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək dəyərləndirir, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirlər.
Daha sonra tədbir iştirakçıları Ulu Öndərin büstü önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.