Working Hours Monday - Friday 08:00-16:00
Toll Free 1800.899.900

Haqqımızda

Haqqımızda

“Dəvəli” müstəqil hüquqi şəxs olaraq, “Mülki Məcəllə”yə, öz Nizamnaməsinə və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq fəaliyyət göstərir. Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 18.12.2001-ci il tarixdə, D-3334 saylı şəhadətnamə ilə dövlət qeydiyyatından keçmişdir. Təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyətdir. 

Dünyanın hər tərəfindən gətirilən yüksək keyfiyyətli daşlarla xidmətinizdəyik!!! 

Mərmər, Qranit, Travertin, Oniks, Ağlay, Keramika və digər daşlardan hazırlanan tikinti üçün üzlük piltələr, heykəllər, büstlər, mozaikalar, bardürlər, dekorativ hissələr, fəvvarələr, kaminlər, pilləkənlər, sütunlar, mətbəx və vanna otaqları üçün xüsusi dizaynlar kimi geniş həcmli məhsullarımız “Dəvəli” ASC-də sizi gözləyir! Binaların fasad hissələrinin Ağlay, Mərmər, Qranit və başqa növ daşlarla üzlənməsi. Yüksək mərtəbəli binalarda vestübül və pilləkənlərin müxtəlif çeşidli Qranit, Mərmər və Ağlay plitələrlə üzlənməsi, döşəmələrin düzülməsi. Memarlıq abidələrinin, büst və heykəllərin, qəbirüstü abidələrin hazırlanması. İşlərin keyfiyyətli görülməsinə və vaxtında sifarişçiyə təqdim olunmasına zəmanət veririk. 

İş prosesində daş emalı üçün lazım olan ən müasir dəzgahlardan və avadanlıqlardan istifadə olunur: 

Su ilə kəsmə (waterjet) dəzgahı - fiqur və mozaikaların kəsilib yığılması. 6 Axes (CNC Robot) dəzgahı - müxtəlif növ ornament, sütun, heykəl və s. formaların yonulması. Bir tros ilə kəsən (Wire cutting machine) dəzgah – daşlardan müxtəlif növ sütunların, profillərin və karnizlərin hazırlanması. 42 trosla kəsən (Multi wire cutting machine) dəzgah – bir blokun bir dəfəyə 42 ədəd listlərə (slablara) bölünməsi. 16 başlı Cila dəzgahı – bir dəfəyə xətt boyunca daşların avtomatik cilalanması. 

-Daşları bir və ya bir neçə mişarla kəsən dəzgahlar. 

-Körpü kəsən dəzgahlar.

Bizimlə əlaqə saxla